AZ

Ukraynalılar polyaklara qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenskinin saytında Polşa-Ukrayna sərhədini bağlayan Polşa vətəndaşlarına qarşı sanksiyaların tətbiq edilməsini tələb edən petisiya qeydə alınıb.

“Ukrayna prezidentindən xahiş edirəm ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rafal Mekler, Vitold Tumanoviç, Tomaş Borkovski, Lukaş Bialaş və digər vətəndaşlara qarşı sanksiyaların tətbiqi məsələsinə dərhal təşəbbüs göstərsin",-deyə mətndə deyilir.

Müraciət müəllifi onları öz hərəkətləri ilə minlərlə vətəndaşın, eləcə də hüquqi şəxslərin Ukraynaya qayıtmasını qeyri-mümkün etməkdə ittiham edir. Bundan əlavə, göstərilir ki, sərhədin bağlanması Ukrayna daşıyıcılarına və müəssisələrinə böyük ziyan vurub və bu da öz növbəsində humanitar fəlakətə səbəb ola bilər.

Mövsüm

Seçilən
443
50
aznews.az

10Mənbələr