AZ

"Tullantıları ətrafa atmamağı adətə çevirməliyik" - ETSN

"Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq, kimlərinsə hara gəldi atdığı zibillərlə". 

"Unikal" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

"İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən? 

Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə... sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini  yerə atmaz... Atmaz da atmaz, amma atırıq ki, atırıq. Əfsus…

Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız..." - deyə o qeyd edib.

 

 

Seçilən
161
1
unikal.az

10Mənbələr