Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" Basketbol Klubu heyətini daha bir legionerlə gücləndirib.
Apasport.az klubun rəsmi sosial media hesabına istinadla xəbər verir ki, amerikalı basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb.
2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən və 1.88 m boya malik Trevon "Duke Blue Devils"in heyətində NCCA 1-ci divizionunda çıxış edib. 26 yaşlı basketbolçu 2018/2019 mövsümündə "Miluoki"nin heyətində NBA-də debüt edib. Duval son mövsümü Türkiyə Super Liqasında mübarizə aparan "Manisa BB" klubunda keçirib.
O, 2014, 2015 və 2016-cı illərdə ABŞ millisinin aşağı yaş qruplarının təlim-məşq toplanışına çağırılıb.
Millimiz Avropa Kubokunda mübarizəni başa vurub
Kişilərdən ibarət basketbol millimiz məğlub olub
Millimiz Avropa Kubokunda mübarizəyə başlayır
Millimiz ikinci görüşündə də məğlub olub
Azərbaycan millisi Avropa Kubokuna məğlubiyyətlə başlayıb