AZ

"Qəbələ"dən ayrılan futbolçu Ukrayna klubunda

Qəbələ”dən ayrılan Osama Xalaylanın yeni klubu məlum olub.

Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək.

İsrailli forvard LNZ-yə keçib. Bu barədə Çerkası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xalayla ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Osama Xalayla 2023/2024 mövsümündə “Qəbələ”də çıxış edib.


Seçilən
128
38
sportnet.az

10Mənbələr