AZ

"Azəryol" Özbəkistan millisinə qalib gələrək beynəlxalq turnirin qalibi oldu

Heydər Əliyevin xatirəsinə həsr olunmuş qadın həndbolu üzrə beynəlxalq turnir başa çatıb.

Prosport.Az xəbər verir ki, final matçında "Azəryol" komandası Özbəkistan yığması ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn "Azəryol" yarışın qalibi olub – 32:29.

3-cü yer uğrunda görüşdə isə "Qarabağ" Qazaxıstanın "Astana" kollektivini 32:28 hesabı ilə üstələyib.

Bir gün əvvəl isə Mingəçevirin "Kür" komandası "Alatau" (Qazaxıstan) üzərində 34:27 hesabı ilə qalib gələrək 5-ci olub.

Seçilən
204
29
prosport.az

10Mənbələr