AZ

Göyçayda yol qəzası: xəsarət alanlar var

Sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.

Sürücü, eləcə də digər üç sərnişin tibbi yardım alaraq ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
59
7
publika.az

9Mənbələr