AZ

Netanyahu İsraildəki kütləvi etirazlardan narahatdır

Bakı,TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahu ölkədə baş verən kütləvi etirazlardan narahatdır.

TurkicWorld-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalına İsrail rəsmisi deyib.

Məlumata əsasən, Qəzza zolağında altı nəfərin cəsədi tapıldıqdan sonra yüz minlərlə insan Təl-Əviv və Qüds küçələrinə çıxaraq girovların azad edilməsi üçün HƏMAS-la razılığın əldə olunmasını tələb edib.

Ümumilikdə ölkədə keçirilən etiraz aksiyalarında 700 minə yaxın insan iştirak edib.

Seçilən
144
2
turkic.world

10Mənbələr