AZ

İtkin düşən 15 yaşlı qızın basdırılmış meyiti tapıldı

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
79
29
metbuat.az

10Mənbələr