AZ

Nigeriyada 67 sərnişini daşıyan təyyarə uçuş-enmə zolağından çıxıb

Nigeriyada 67 sərnişini daşıyan təyyarə uçuş-enmə zolağından çıxıb

Nigeriyanın Rivers əyalətindəki Port Harkort Beynəlxalq Hava Limanında 67 sərnişini daşıyan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində çoxlu sayda insan xəsarət alıb.
Sonxeber.az xəbər verir ki, Abucadan Port Harkorta uçan və içində 67 sərnişin olan Nigeriyanın ValueJet aviaşirkətinə məxsus təyyarə Port Harkort Beynəlxalq Hava Limanında eniş zolağından çıxıb.

Qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Qəza ValueJet-dən verilən açıqlamada təsdiqlənib.

Açıqlamaya görə, təyyarəyə heç bir ziyan dəyməyib.

Seçilən
546
50
sonxeber.az

10Mənbələr