Bakı. Trend:
Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay ParalimpiyaOyunlarında növbəti dəfə qüvvəsini sınayıb.
Trend xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzməyarışında mübarizə aparıb.
Finişə 54,21 saniyəyə çatan idmançı final mərhələsinə vəsiqəqazanıb.
Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə yarışında Paris Paralimpiadasının gümüş medalınıqazanıb.