Monteneqronun Budva şəhərində keçirilən və 22 yaşadək boksçular arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin iki boksçusu rinqə çıxıb.
Onlardan Marjona Savriyeva 1/4 final görüşündən qalib ayrılaraq yarımfinalına yüksəlib. 50 kq çəkidə mübarizə aparan idmançı 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. Savriyeva 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə qələbə qazanıb. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Boksçumuz finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də baş tutacaq.
Xatırladaq ki, 8 gün davam edəcək Avropa çempionatı noyabrın 19-da başa çatacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparır. Azərbaycan millisi qitə birinciliyinə 16 boksçu ilə yollanıb.