AZ

“Quska”nın məhkəməsi yenə təxirə salındı

“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.

İclasın vaxtı sentyabrın 19-na salınıb.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
Seçilən
52
15
bakupost.az

10Mənbələr