Bakı. Trend:
Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (94 nəfər)yola salınıb.
Trend xəbər verirki, Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu“Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəranrayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yolasalınıb.
Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçınrayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.