Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Millimizin futbolçusu Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.