AZ

“Şəki” basketbol klubu “Gəncə”dən ayrılan baş məşqçi ilə anlaşıb

“Şəki”

Bakı, 6 sentyabr, AZƏRTAC

“Şəki” basketbol klubunun yeni baş məşqçisi bəlli olub.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub.

41 yaşlı çalışdırıcı ötən mövsüm “Gəncə” klubunda fəaliyyət göstərib.

Qeyd edək ki, B.Meriç bu vəzifədə nigeriyalı Aleksander Uconu əvəzləyib.

Seçilən
200
3
azertag.az

4Mənbələr