Vyetnam Futbol Federasiyası “Yaqi” super qasırğasının yaxınlaşması ilə əlaqədar Hanoyda keçirilən yoldaşlıq turniri çərçivəsində Rusiya və Tailand yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Thanh Nien” məlumat yayıb.
Görüş sentyabrın 7-də “My Dinh” stadionunda Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.
Qeyd olunub ki, hazırda matçın sentyabrın 8-də eyni vaxtda keçirilməsi məsələsi müzakirə olunur.