AZ

Samuxda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 

Samux rayonunda olan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1948-ci il təvəllüdlü E.Əhmədov və 1982-ci il təvəllüdlü T.Məmmədova xəsarət alıb və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə nəticəsində ağır xəsarət alan 1945-ci il təvəllüdlü G.Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

22:25

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.

Qəzada bir neçə nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
240
39
far.az

10Mənbələr