AZ

Rusiyalı voleybolçu Azərbaycan klubuna keçib

“Abşeron” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.

AZƏRTAC-ın məlumatına görə, Famil Ağayevin rəhbərlik etdiyi komanda rusiyalı Natalya Solovyovanı transfer edib. Toppaylayıcı mövqeyində çıxış edən oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Abşeron” komandası daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova, Anastasiya Mertsalova və fransalı Şerilin Başoru ilə anlaşıb.

Seçilən
6
3
xalqqazeti.az

4Mənbələr