Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin noyabrın 21-23-də Bakıda keçiriləcək 5-ci beynəlxalq tədbiri ilə bağlı geniş mətbuat konfransı keçirilib. Missiya.Az xəbər verir ki, mətbuat konfransında Azərbaycanın İƏT-lə əlaqələrindən, İslam dəyərlərinin dünyada təbliği və İslam həmrəyliyinin güclənməsində xidmətlərindən, İƏT əmək nazirlərinin V Konfransının önəmindən bəhs edən videoçarx (https://www.youtube.com/watch?v=YWStyqvsnPM) nümayiş olunub. Anar Kərimov bildirib ki, noyabrın 21-23-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirləri Bakıda toplaşacaq. Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. Bildirilib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsində mühüm rola malikdir. Ölkəmizin İƏT-in qurumları (İSESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s.) ilə sıx əməkdaşlığından bəhs olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə genişmiqyaslı fəaliyyətinə görə 2006-cı ilin noyabrında İSESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü, 2008-ci ildə ona İƏT-in Baş katibi tərəfindən Təşkilatın humanitar məsələlər üzrə xüsusi elçisi statusuna dair diplom təqdim edildiyi bildirilib. 2009-cu ildə Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edildiyi, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğu və bununla əlaqədar həmin il ölkəmizdə bir çox tədbirlərin, habelə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi diqqətə çatdırılıb. Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edildiyi və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçildiyi qeyd olunub. Vurğulanıb ki, 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V Konfransının Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacağı vurğulanıb. Son illər Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları diqqətə çatdırılıb.Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar da cavablandırılıb.Leyla SƏMƏNDƏRMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta