Braziliyanın “Korintians” klubu Niderland millisinin futbolçusu Memfis Depayın transferini açıqlayıb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı hücumçu A Seriyası təmsilçisi ilə 2026-cı ilədək müqavilə bağlayıb.Depay son olaraq İspaniyada “Atletiko”nun formasını geyinib. O, 2023/24 mövsümündə Madrid klubunda 23 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.30 yaşlı forvard Niderland millisində keçirdiyi 98 oyunda 46 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta