AZ

Azərbaycan yığmasının qapçısı Millətlər Liqasında diqqət mərkəzinə düşdü

Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper iki qarşılaşmada 12 "seyv" ilə yadda qalıb.

Estoniyalı Karl Yakob Heyn də eyni sayda qurtarış edib.

Azərbaycan millisi I turda evdə İsveçrəyə (1:3), ardınca səfərdə Slovakiyaya (0:2) uduzub.

Seçilən
32
11
sportinfo.az

10Mənbələr