Tehran HƏMAS rəhbərliyinə onların planlarına İsraillə müharibənin daxil olmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” İran və Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehranın bu mövqeyi İranın ali dini lideri Ayətullah Xamenei ilə HƏMAS-ın rəhbəri İsmayıl Haniyə arasında noyabrın əvvəlində keçirilən görüşdə səsləndirilib.
Məlumata əsasən İran rəsmiləri xüsusilə HƏMAS rəhbərliyinə İsrailə qarşı gözlənilən hücumla bağlı xəbərdarlıq almadıqlarına işarə ediblər. Eyni zamanda, agentliyin mənbələrinə görə, Xamniyə Haniyəni İranın İsraillə birbaşa qarşıdurmaya qoşulmayacağına baxmayaraq, Həmas-a mənəvi dəstəyini davam etdirəcəyinə inandırıb.
Agentlik rəsmlərinin dediyinə görə, Ayətullah Haniyədən Həmasdakı İranı və Livan Hizbullahını İsraillə genişmiqyaslı müharibəyə başlamağa çağıranları “susdurmağı” da tələb edib.
"Reuters" qeyd edir, HƏMAS bu materialı dərc etməzdən əvvəl şərh verməkdən imtina etdi. Məqalənin dərcindən sonra HƏMAS öz sosial şəbəkələrində təfərrüatları dəqiqləşdirmədən nəşri “əsassız” adlandırıb.