AZ

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Dünən axşam saatlarında Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarının yoluna çıxan kişinin intihar etdiyi məlum olub. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 11-i saat 21 radələrində qeydə alınıb.

 

Belə ki, Zakir Şakir oğlu Zəkəriyəyev Ağstafa-Bakı dəmiryolu xəttinin Yuxarı Qarxundan keçən hissəsində relsin üzərində uzanıb.

 

Bu zaman "FLERT" markalı sürət qatarı onun üzərindən keçib. Z.Zəkəriyəyev hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 12 Sentyabr 2024, 11:19   
Seçilən
49
9
pravda.az

10Mənbələr