AZ

Zaqreb Qran-prisi: 6 cüdoçumuz mübarizəyə başlayır

Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start veriləcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, turnirin ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilərin yarışında 4, qadınlarda isə 2 təmsilçimiz iştirak edəcək.

Cüdo: Zaqreb Qran-prisi
Kişilər

60 kq
Turan Bayramov - Hubert Piezinski (Polşa) - Qabin Supervil (Fransa) cütünün qalibi
Əhməd Yusifov - Marton Andrassy (Macarıstan)

66 kq
Ruslan Paşayev - Dani Klacar (Xorvatiya) - Markus Auer (Avstriya) cütünün qalibi
Nazir Talıbov - İsaya Ramires (ABŞ)

Qadınlar
52 kq
Aydan Vəliyeva - Erza Muminoviq (Kosovo)

63 kq
Aytac Qardaşxanlı - Skay Knoester (Cənubi Afrika)

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
106
6
milli.az

10Mənbələr