Bakı. Trend:
Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “DağlıqQarabağın gələcəyi” mövzusunda dinləmələr keçirildi. Təbii ki, budinləmələr ilk deyil. Təəccüb doğuran məqam budur ki, hər dəfəkeçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞdövlətinin maraqları prizmasından yanaşmasının şahidi oluruq.Ədalətin və beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizminolmadığı çağdaş dünyamızda bəzi güclərin, o cümlədən ABŞ vəFransanın kiçik dövlətlərə bu məsələlərlə bağlı “dərs” keçməkcəhdləri necə qəbul edilə bilər?
Bu fikirləri Trend-ə “İkisahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professorVüqar Rəhimzadə söyləyib.
O qeyd edib ki, ABŞ Konqresindəki dinləmələr bir daha keçmişQarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilikmissiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində buistiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minskqrupunun həmsədri kimi ABŞ-ın tarixi Zəfərimizi, ən əsası,uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqlaqarşıladığını təsdiqlədi. Şübhəsiz, Azərbaycanın tarixi Zəfərinişərtləndirən amillər beynəlxalq ictimaiyyətə yaxşı bəllidir. Təbiiki, burada əsas olan keçmiş münaqişənin həlli ilə bağlı möhkəmhüquqi bazanın mövcudluğu idi. BMT Təhlükəsizlik Şurasının 4qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu,erməni silahlı birləşmələrinin bu ərazilərimizdən qeyd-şərtsizçıxarılmasının vacibliyi öz əksini tapmışdı. Artıq tarixin arxivinəatılmış ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr-ABŞ, Fransa vəRusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.Bu məqamı qeyd etməyimiz səbəbsiz deyil. Qarabağla bağlıqətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən ABŞ vəFransa istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağmüharibəsi, istərsə də postmünaqişə dövründə bu sənədlərə ziddaddımları ilə diqqətdə oldular. Yəni, onlar Ermənistana busənədlərdən irəli gələn vəzifələri icra etmək üçün təzyiqlərgöstərmək əvəzinə, əksinə “demokratiyaya dəstək” adı altında maddivə mənəvi dəstək göstərdilər. ABŞ Konqresinin işğal dövründəErmənistana və Qarabağdakı artıq gorbagor olmuş separatçı rejiməvəsait ayırması diqqətdən kənarda qala bilməzdi. Sual olunur:Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə nə üçünkeçmiş münaqişənin 30 il həllini gözləməsində ABŞ kimi dünyagücünün ikili standartlara əsaslanan siyasətindən bəhs olunmur?İşğal dövründə bir milyondan artıq insanın pozulmuş hüquqları niyəonları narahat etmirdi? Ermənistana dəstək göstərib yeni əraziləruğrunda müharibə planları hazırlayanda ABŞ-ı Qarabağın gələcəyiniyə düşündürmürdü? Tarixi Zəfərimizdən sonra Qarabağın gələcəyi busəbəbdən ABŞ və Fransanı narahat etməyə başlayıb? Təbii ki, bu kimisualları xeyli sayda davam etdirə bilərik.
V.Rəhimzadə bildirib ki, dinləmələrin keçirilməsinə ən çoxdəstək verən ABŞ-dakı erməni lobbisi olub. Heç də təsadüfi deyilki, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə altkomitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakısəfiri Lilit Makuns ilə görüşüb. Bu faktın özü dinləmələrintəşkilində əsas məqsədin nədən ibarət olduğunu açıqlayır.Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlısülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsininimzalanmasının vacibliyini bildirdi və qarşı tərəfə sülh təklifinietdi. ABŞ belə dinləmələrin təşkilindənsə ədaləti və beynəlxalqhüququ unutmayaraq Ermənistanı sülh müqaviləsini imzalamağa məcburetməli və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına dəstəkgöstərməlidir. Azərbaycan buna nail olmaq üçün üzərinə düşənöhdəlikləri layiqincə yerinə yetirir. Ermənistan isə üç ildir ki,tərəddüdləri ilə diqqətdədir. ABŞ, Fransa kimi özlərini ədalətin vəbeynəlxalq hüququn “müdafiəçisi” kimi aparan bəzi güclərin beləəsassız yanaşmaları, Ermənistana dəstəkləri sülh müqaviləsininimzalanması prosesinin uzanmasına səbəb olur.
Baş redaktor vurğulayıb ki, Azərbaycanın nə ABŞ, nə də onunKonqresi qarşısında heç bir öhdəliyi yoxdur. Heç bir ölkəAzərbaycanla təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç birdövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxilənidə yolverilməz hesab edir. Konqres ABŞ-ın özünün günbəgün artandövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı,kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxiliproblemləri ilə məşğul olsaydı daha düzgün olardı. Bu gün dünyanınmüxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə,müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrindəABŞ-ın iştirakı və rolu bu ölkənin özündən başqa hər bir dövlətəməlumdur. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədəbir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illərərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Sonməlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədənarkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. ABŞ-ınErmənistana dəstəklərini şərtləndirən amillər göz önündədir. Eynidəyərləri bölüşən dövlətlərdən biri təbii ki, özünün işğalçılıqsiyasətinə haqq qazandırmaq üçün digərini müdafiə edəcək. Ermənivandallarının işğaldan azad edilmiş ərazilərimizdə törətdiklərivəhşiliklər hazırda bu torpaqlara səfər edən hər kəsə bəllidir. ABŞErmənistanı müdafiə etməklə özünün qaranlıq keçmişini və bu gününüortaya qoymuş olur. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifidə Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bualovu sönməyə qoymayan da məhz Amerikadır.
Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 20 faizini işğalaltında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanıqınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı MüdafiəAktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Azərbaycan xalqı buriyakarlığı unutmayıb və unutmayacaq. 2001-ci ildə BirləşmişŞtatlarda baş verən terror aktı zamanı dövlətimizin prinsipialmövqeyi ABŞ-ın ovaxtkı Administrasiyasını bu qərarınədalətsizliyini qəbul etməyə və onun bir illik dondurulması barədəqərarı qəbul etməyə məcbur etdi. Erməni diasporunun təsiri ilə1992-ci ildə həmin ədalətsiz addımın atılmasında əsas məqsədAzərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaqidi. Azərbaycan 10 il həmin ədalətsiz qərarın tətbiqi şəraitindəyaşadı. Amma nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha dainkişaf etdi. Noyabrın 15-də Konqresdə keçirilən dinləmələrdəbildirilib ki, ABŞ Azərbaycana yardım etməyəcək. ABŞErmənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədəkAzərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdənimtinanın müddətini uzatmayacaq. Bu ədalətsiz qərarın birdəfəlikləğvinin bu günədək müşkülə çevrilməsi bütün məqamları açıqlayıb.Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur.
“Azərbaycana diktə etmək istəyənlərə hər zaman yerigöstəriləcək. ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli,USAID kimi təşkilatların fəaliyyəti dayandırılmalı, heç kəs butəşkilatlarla əməkdaşlıq etməməlidir. “Azadlıq”, “Amerikanın səsi”radiolarında çalışan jurnalistlərimiz bu dağıdıcı ruporlarınAzərbaycana yaxşı heç nə gətirmədiklərini anlamalıdırlar”, - deyəbaş redaktor qeyd edib.