AZ

Gürcüstan və Çin “Orta Dəhliz”i inkişaf etməyə çalışırlar

Gürcüstan və Çin “Orta Dəhliz”in birgə inkişafı haqqında saziş imzalayıblar.

Gürcüstanın iqtisadiyyat naziri Davitaşvili Çinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədr müavini Çao Çensin ilə görüşüb. Görüşün yekunu olaraq “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair Anlaşma Memorandumu” imzalanıb.Nazirin sözlərinə görə, bu sənədin imzalanması Çinlə daha sıx ticarət-iqtisadi əlaqələr qurmağa imkan verir.

“Bu, Çin tərəfinin Orta Dəhlizdən Avropa ilə kommunikasiya üçün alternativ marşrut kimi istifadə etməyə hazır olduğunu və marağını təsdiqləyir”, - o əlavə edib.“Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” (“Orta Dəhliz”) Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.“Orta Dəhliz”i gücləndirmək üçün Çin tərəfindən Gürcüstanda limanın tikilməsi lazımdır.

Seçilən
54
anspress.com

1Mənbələr