"Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.
Publika.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.
Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb. O, bu səbəbdən diskvalifikasiya olunub.