Azərbaycanın futzal millisinin Çexiya ilə yoldaşlıq matçları üçün yekun heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.
Komanda sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.
Qeyd edək ki, milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq görüşləri keçirəcək.