AZ

Gürcüstan üzr istəmədən osetinlər və abxazlarla barışmağın mümkünsüzlüyünü bəyan edib

Gürcüstan vətəndaşları ilə Cənubi Osetiya və Abxaziya xalqları arasında barışıq, üzr istəmədən və qarşılıqlı bağışlanmadan mümkün deyil.

TASS xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

“Münaqişənin həllinin iki yolu var – müharibə var, ikinci yol isə qarşılıqlı bağışlanmadır. Biz qarşılıqlı bağışlama yolunu seçirik”, – Mdinaradze brifinq zamanı bildirib.

Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurası bəyanat yayıb ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müharibəyə 2008-ci ilin avqustunda kənardan gələn sifarişlə başlayıb.

Mənbə TASS

Seçilən
54
22
dogru.az

10Mənbələr