AZ

Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub

Çempionlar

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edən "Sabah" komandası bu gün ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, son ölkə çempionu 1/4 finalda İsveçin "Norçeppinq" kollektivini sınağa çəkib. Türkiyənin Antalya şəhərində keçirilən matç rəqibin 71:75 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Sabah" Çempionlar Liqasında mübarizəni dayandırıb. Klub yoluna FİBA Avropa Kubokunda davam edəcək.

Seçilən
68
5
azertag.az

6Mənbələr