AZ

"Qarabağ"ı ÇL-dan kənarlaşdıran "Dinamo"nun baş məşqçisi komandadan qovuldu

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası baş məşqçisi Sergey Yakiroviçlə yollarını ayırıb.

Oxu24.com xəbər verir ki, mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Buna Zaqreb təmsilçisinin ölkə çempionatında “Hayduk”a 0:1 və UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Bavariya”ya 2:9 hesablı məğlubiyyətlər səbəb olub.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Seçilən
45
7
oxu24.com

7Mənbələr