AZ

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Bu

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu gün Türkiyə Superliqasında VI turun mərkəzi görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, prinsipial oyunda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı Atilla Karaoğlan idarə edəcək.

“Qalatasaray” hazırda 15 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 13 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
25
3
azertag.az

4Mənbələr