AZ

ÜST, AzPC və TƏBİB Lənkəranda 100-dən çox tibb işçisi və valideyn üçün uşaqların peyvəndlənməsinin əhəmiyyəti haqqında tədbir təşkil edib (FOTO)

Bakı. Trend:

Noyabrın 17-də Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜmumdünyaSəhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC)tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)dəstəyi və Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi ilə birlikdə Lənkəran şəhərində uşaqların peyvəndlənməsiilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib.

Silsilə şəklində müxtəlif regionlarda keçirilən “Mifə yox, elmisübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrətəlim” adlı tədbir ÜST-nin Avropa İmmunlaşdırma Gündəliyi 2030təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənardaqoymayaq” şüarı altında keçirilib.

Təlimi keçirməkdə məqsəd tibb işçilərinin və valideynlərinpeyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq və peyvəndlərləbağlı yanlış təsəvvürləri aradan qaldırmaq olub.

Təlimə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarındafəaliyyət göstərən 100 nəfərə yaxın pediatr, tibb bacısı vəqardaşı, həmçinin peyvənddən imtina edən valideynlər cəlbolunub.

Tədbirin birinci hissəsində AzPC-nin İdarə Heyətinin üzvləri vəSəhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri Nigar Bayramova, ErkinRəhimov və Əli Quliyev tərəfindən valideynlərlə peyvəndlə bağlıtərəddüdlər barəsində müzakirələr aparılıb və onların suallarıcavablandırılıb. Görüşdə mütəxəssislər son dövrdə yayılan qızılcaxəstəliyindən qorunmaq üçün uşaqların peyvənd olunması ilə bağlıvalideynlərə çağırış edib.

Günün ikinci hissəsində isə AzPC-nin mütəxəssisləri tibbişçiləri üçün uşaq vaksinasiyası, peyvəndlə qarşısı alına bilənxəstəliklərin ağırlaşmaları, yanlış əks göstərişlər və s. mövzularıəhatə edən sessiyalar keçiriblər.

Tədbirin sonunda tibb işçiləri və valideynlər bu kimi canlımüzakirə əsasında təşkil olunan maarifləndirmə tədbirlərinin çoxfaydalı olduğunu bildiriblər.

Diqqətə çatdıraq ki, ilk maarifləndirmə tədbiri ötən ay Şirvanşəhərində 100-dən çox tibbi işçisi və 50-yə yaxın valideyniniştirakı ilə baş tutmuşdu. Növbəti aylarda da Bakı, Gəncə, Quba vəŞəki şəhərlərində də eyniməzmunlu tədbirlərin təşkil olunması davametdiriləcəkdir.

ÜST,
ÜST,
ÜST,
ÜST,
ÜST,
ÜST,
ÜST,
ÜST,
ÜST,
Seçilən
854
4
az.trend.az

7Mənbələr