Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan ABŞ-yə işgüzar səfərə yollanıblar.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan 27 sentyabra kimi baş tutacaq səfər zamanı Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək, sessiyanın yüksək səviyyəli seqmentində çıxış edəcək.
Paşinyanın BMT Baş katibi Antonio Quterrişlə də görüşü nəzərdə tutulur.