AZ

Leonid meteor selinin piki başlayır

Bakı. Trend:

Noyabrın 17-si gecə boyu Leonid meteor selinin piki başverəcək.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən xəbərə görə, ay saat20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq.Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür.Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlargecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafındamüşahidə olunmağa başlayacaq.

Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olanmeteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peydaolduğu nöqtə radiant adlanır və adətən meteor selləri həminradianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşmüşdür. Həmin gecəLeonid meteorları qısa müddət ərzində yağış kimi yağmışdı. Buhadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınındankeçməsi barədə təəssürat yaratdı. Leonidlərin bu cür intensivyağışı 33-34 illik periodla təkrarlanır.

2023-cü ilin sonunadək 14-15 dekabrdaa Geminid meteor selinin,22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminidmeteor selinin pikində saatda 150, Ursidlərdə isə 10-dan çox meteordüşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan Ursidlərinmüşahidəsinə mane olacaq.

Seçilən
307
20
az.trend.az

10Mənbələr