Gəncədə ölümlə nəticələnən yol qəzası olub.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 2004-cü il təvəllüdlü F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.