AZ

Mahir Emreli debütünü dəyərləndirdi: "Hamımız məyusuq"

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqada "Herta"ya qarşı debüt oyunu barədə fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, VI tur çərçivəsində baş tutan matçın 39-cu dəqiqəsində meydana çıxan 27 yaşlı  forvard özünün "Instagram" hesabında belə paylaşım edib:

"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, matç "Nürnberq"in 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Seçilən
18
6
fanat.az

7Mənbələr