Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin II Bundesliqa təmsilçisində debütü barədə danışıb.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Mahir meydanda olduğu müddətdə yaxşı təsir bağışladı. Topla çox yaxşı işləyirdi".
Qeyd edək ki, Emreli VI turda "Herta"ya 0:2 hesabı ilə uduzduqları matçın 39-cu dəqiqəsindən meydanda olub.