AZ

"Verilən sarı vərəqəni dəstəkləyirik" - Tovuzdakı qalmaqallı qərarla bağlı açıqlama

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VII turunun \"Turan Tovuz\" - \"Araz-Naxçıvan\" matçındakı mübahisəli epizodu şərh edib.

AZXEBER.COM xəbər verir ki, o, Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini bildirib.

\"Ayağının ucu ilə \"Turan Tovuz” komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, \"Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, \"Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil\", - deyə De Blekere vurğulayıb.

Qeyd edək ki, görüş \"Araz-Naxçıvan\"ın qələbəsi ilə bitib - 2:1.
Seçilən
38
10
azxeber.com

10Mənbələr