AZ

Sentyabrın 24-də Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri başlayır

Sentyabrın

Astana, 23 sentyabr, AZƏRTAC

Qazaxıstan paytaxtında sentyabrın 23-dən 26-dək Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

AZƏRTAC Qazaxıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etnocaz konserti olacaq.

Sentyabrın 25-də isə Qazaxıstan və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi, Elmira Axundovanın kitabının təqdimatı, habelə “Azərbaycan mədəniyyətinin inciləri” sərgisinin açılışı və rəqs ansamblının konserti təşkil ediləcək.

Sentyabrın 26-da müasir Azərbaycan incəsənəti haqqında leksiya keçiriləcək. Azərbaycan Mədəniyyət Günlərinin əsas hadisəsi həmin gün K.Kuanışbayev adına Milli Musiqili Dram Teatrında olacaq. Buradakı qala-konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları çıxış edəcəklər.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan Respublikasında Qazaxıstan Respublikası Mədəniyyət Günləri keçirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
29
5
azertag.az

6Mənbələr