AZ

Putin sammitdən öncə Paşinyanla... - Peskov

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında KTMT sammitindən əvvəl telefon danışığı planlaşdırılmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Hələ yox. Amma sammitin özü hələ baş tutmayıb. Bildiyimə görə, Paşinyan Minskə getmir", - Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.

Milli.Az

Seçilən
630
50
milli.az

10Mənbələr