AZ

Türkiyə millisinin daha bir sabiq basketbolçusu dünyasını dəyişib

Türkiyə

Bakı, 23 sentyabr, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Türkiyə millisinin sabiq üzvü Asım Pars dünyasını dəyişib.

AZƏRTAC Türkiyə Basketbol Federasiyasının (TBF) rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı veteran oyunçunun meyiti Bosniya və Herseqovinadakı mənzilində tapılıb.

2001-ci ildə Avropa çempionatında gümüş medal qazanmış Türkiyə seçməsinin heyətində yer almış basketbolçu karyerası ərzində “Qalatasaray” və “Fənərbağça” kimi tanınmış komandaların formasını geyinib.

Xatırladaq ki, daha əvvəl Türkiyə millisinin digər sabiq basketbolçusu İlkan Karaman 34 yaşında avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Seçilən
32
1
azertag.az

3Mənbələr