Bakı. Trend:
Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətininsədri Liu Jenfanqla görüşdük. İki ölkə arasında dəmiryolu sahəsindəəməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik.
Trend xəbərverir ki, bunları rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev facebook sosial şəbəkəsindəki hesabında bildirib.
"2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasındadəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrüilə müqayisədə 275% artdığı qeyd edildi.
Liu Jenfanq Çinin Orta Dəhlizin Cənub marşrutunun inkişafında vəAzərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının birgə iştirakıilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinəqoşulmaqda maraqlı olduğunu bildirdi”, - nazir qeyd edib.