AZ

Şillənin cəzası – 4 oyunluq diskvalifikasiya

“Kəpəz” və “Turan Tovuz”un futbolçuları 4 oyunluq diskvalifikasiya edilib.Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.Sentyabrın 22-də AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydan sahiblərindən Sənan Əliyev, qonaqlardan isə Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılıblar.Nəticədə, hər iki futbolçu 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Seçilən
34
1
komanda.az

2Mənbələr