AZ

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov sərgidə iştirak məqsədi iləölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirigeneral-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdəölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq vəqardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub,müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinəxidmət etdiyi vurğulanıb.

Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan iləQazaxıstan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və gələcəkperspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıradigər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və Milli Müdafiəuniversitetləri arasında Memorandum imzalanıb.

Məqalədə:
Seçilən
164
29
az.trend.az

10Mənbələr