Bakı, 24 sentyabr, AZƏRTAC
Özbəkistana səfər çərçivəsində media nümayəndələri üçün press-tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, press-tur çərçivəsində paytaxt Daşkənd şəhərində dini abidələr, qədim tarixə malik “Saylgoh” küçəsi, Həzrəti-İmam” məscidi, din xadimlərinin və şairlərinin məzarları ziyarət olunub. Özbək xalqının mədəniyyəti, incəsənəti, tarixi keçmişi, şəhərin mərkəzində yerləşən Əmir Teymurun heykəli haqqında geniş məlumat verilib. “Suzuk Ota” kompleksinə və turistik məhəllə sayılan “Qulbazarı”na təşkil olunan ekskursiya da maraqlı anlarla yadda qalıb.






























































