Gəncədə itkin düşən 2010-cu il təvəllüdlü Yəhya Yaqubov tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxs tapılaraq ailəsinə təhvil verilib.
09:32
Gəncədə yeniyetmə itkin düşüb.
"Qafqazinfo" xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər.
Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.
"Cebheinfo.az"