
"Tost" maliyyə pramidası ilə bağlı araşdırma başlanıb.AFN.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bildirib."İnternet resurslarında "Tost" maliyyə pramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - deyə E.Hacıyev qeyd edib.