AZ

Şəkidə mikroavtobusda yanğın olub

Şəki, 26 sentyabr, AZƏRTAC

Şəkidə mikroavtobusda yanğın olub, hadisə rayonun Qoxmuq kəndi ərazisində baş verib.

AZƏRTAC xəbər verir ki, Qoxmuq kənd sakini 42 yaşlı Azad Babayevə məxsus "Mercedes Vito" markalı mikroavtobusda yanğın olub.

Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mikroavtobusun mühərrik hissəsinin yanar konstruksiyaları sıradan çıxıb.

Mikroavtobusun salon hissəsi yanğından mühafizə edilib. Yanğın baş verən zaman mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
3
azertag.az

4Mənbələr