AZ

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs saxlanılıb

Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs saxlanılıb.

Xəzərnews.az DİN-ə istinadla xəbər verir ki, ayrı-ayrı vətəndaşların vəsaitlərini ələ keçirən Əhməd Abdulkərimovdur.

O özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil,sığorta pulu,əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
69
48
xezernews.az

10Mənbələr